AZ

İranda etirazlar zamanı 3 yeniyetmə ölüb, 40-dan çox azyaşlı və yeniyetmə həbs edilib

İranda etirazlar zamanı 3 yeniyetmə öldürülüb və 40-dan çox yeniyetmə həbs edilib.

APA xəbər verir ki, bu barədə “The Guardian” “Human Rights Activists in Iran”a istinadən məlumat yayıb.

Bildirilib ki, etirazlar 78 şəhərə yayılıb və indiyə qədər 990 nəfər həbs edilib.

Ölənlərin sayı isə 20 nəfərdir.

“HRAI” direktorunun müavini Skaylar Tompson yeniyetmələrin öldürülməsinin sənədləşdirildiyini bildirib.

“Bu rəqəmlər davam edən etirazlar boyunca gənclərin iştirak etdiyinə dair açıq-aydın dəlillər təqdim edir. Mülki əhalinin hədəfə alınması, xüsusən də uşaqların iştirak etdiyini aydın şəkildə göstərməklə, beynəlxalq hüququn pozulması kimi geniş şəkildə pislənilməlidir”, - Tompson bildirib.

Qeyd edək ki, dekabrın 28-dən bəri iqtisadi vəziyyətin ağırlaşması səbəbindən Tehranda sahibkarlar tərəfindən keçirilən etirazlar digər şəhərlərə də yayılıb. Etirazlar İranda 2022-ci ildən bəri ən geniş aksiyalar hesab olunur.

Seçilən
42
7
apa.az

8Mənbələr