AZ

Cari il üçün Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri açıqlanıb

Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2026-cı ilin dövlət büdcəsi xərclərinin 28,9 faizi həcmində və ya 12 milyard 53,9 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

“Poliqon” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin proqnozu ilə müqayisədə 465,6 milyon manat və ya 4 faiz çoxdur.

Xərclər aşağıdakı kimidir:

Müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsi – 8 milyard 717,6 milyon manat;

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması- 3 milyard 336,3 milyon manat.

Müdafiə və hüquq mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə, hüquq mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı tələb olunan vəsait 2026-cı ilin dövlət büdcəsində nəzərə alınıb.

2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı  üçün 35 milyon manat, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 15,5 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 490,2 milyon manat təşkil edəcək.

Seçilən
58
22
poliqon.az

10Mənbələr