AZ

Ağstafada bir ailənin 5 üzvünün öldüyü ev müəmmalı şəkildə yandı

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ağstafada yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qırılı kəndində baş verib.

Kənd sakini Sahil İsmayılova  məxsus evdə qəfl yanğın qeydə alınıb. Hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Qısa müddət ərzində yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Məlumata görə, evin mətbəxindən başlayan yanğının ətrafa və evin yuxarı mərtəbəsinə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, İsmayılovlar ailəsində 6 nəfərlik ailənin 5 üzvü bir il ərzində ayrı-ayrı ayların 8-i tarixində bədbəxt hadisə zamanı ölüblər. Ailə 8 tarixini qorxaraq gözlədiyi bir vaxtda  5 yanvarda  bu yanğın olub.

Onu da qeyd edək ki, 8 avqust 2024-cü il 2 yaşlı Gülxar İsmayılzadənın ölümü ilə başlayan ailə faciəsi  nənə  və  babanın faciyəvi  ölümü, daha sonra  evin sonuncü körpəsi Nilay İsmayılzadənin  ölümü və   sonda, 8 iyul tarixində  evin gəlini  Şəfayət İsmayılovanın  evin ikinci mərtəbəsində  pəncərə şüşəsi  silərkən nərdivandan yıxılıb ölməsi  xəbəri  ilə hər kəsi  şoka salıb.

Hadisə yerinə polis və  rayon prokurorluğunun əməkdaşları da baxış keçirib. Hazırda baş verən yanğının səbəbləri adiyyatı qurumlar tərəfindən araşdırılır.

Tural Əhmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
1
unikal.az

3Mənbələr