AZ

BƏƏ-də "Qlobal Su Mükafatı" üçün müraciətlər başladı

BAKI, 5 yanvar. TELEQRAF

BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən təsis olunan "Qlobal Su Mükafatı" 5-ci dövrü üçün müraciətlərin qəbulu başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, mükafatın ümumi fondu 1 milyon ABŞ dolları təşkil edir. Müraciətlərin qəbulu üçün son tarix 30 aprel 2026-cı ildir.

Mükafat bərpa olunan enerji mənbələrindən istifadə etməklə suyun istehsalı, duzsuzlaşdırılması, təmizlənməsi, paylanması və saxlanması sahələrində innovativ texnologiyaların tədqiqatını və tətbiqini dəstəkləyir.

İki ildən bir keçirilən müsabiqə dünyanın müxtəlif ölkələrindən şirkətləri, tədqiqat mərkəzlərini, institutları, innovatorları və gəncləri su qıtlığı probleminə davamlı həllər təqdim etməyə dəvət edir.

Müraciətlər www.mbrwateraward.ae/awards internet səhifəsi vasitəsilə qəbul olunur.

Seçilən
74
teleqraf.com

1Mənbələr