BAKI, 5 yanvar. TELEQRAF
Qəbələ Olimpiya İdman Kompleksinin binasında əsaslı təmir üçün 1,2 milyon manat dəyərində olan daha bir müqavilə imzalanıb.
Teleqraf xəbər verir ki, Gənclər və İdman Nazirliyi müqaviləni bir mənbə üsulu ilə “Modern Construction” MMC ilə bağlayıb.
Müqavilənin ümumi dəyəri 1 milyon 220 min 915,08 manatdır. Təmir işlərinin iyun ayında yekunlaşması nəzərdə tutulur.
Qeyd edək ki, nazirlik ötən il də idman kompleksinin təmiri ilə bağlı eyni şirkətlə iki ayrı satınalma həyata keçirib. Həmin işlər üzrə ayrılan vəsaitin ümumi dəyəri 8 milyon 700 min 696,22 manat olub.
“Modern Construction” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi İlqar Zeynalovdur.