AZ

İran İnqilab Keşikçiləri etirazlara qarşı sərt tədbirlərin görüləcəyini açıqladı

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İran İnqilab Keşikçiləri Korpusu iqtisadi problemlər fonunda ölkə üzrə yayılan etirazlara dair sərt mövqe ortaya qoyub.

Bakıvaxtı.az xəbər verir ki,  Loristan Komandanlığının ISNA-ya açıqlamasında etirazçıların düşmən agentləri kimi təsvir edilərək onlara qarşı dözümlülük dövrünün başa çatdığı bildirilib.

Bəyanatda dövlət əmlakına ziyan vurmaq, silahlı qarşıdurmalar və təhlükəsizlik əleyhinə fəaliyyətlərə görə məsul şəxslərin ən qısa müddətdə cəzalandırılacağı vurğulanıb.

Qeyd edək ki, İran lideri Əli Xamenei də son çıxışında etirazla xaosun fərqləndirilməli olduğunu və xaosu qızışdıranların öz yerlərinə qoyulacağını bəyan edib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
bakivaxti.az

1Mənbələr