
İngiltərə Premyer Liqasının nəhəngi “Mançester Yunayted” portuqaliyalı baş məşqçi Ruben Amorimin istefasını rəsmən elan edib.
Missiya.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Verilən açıqlamaya görə, 2024-cü ilin noyabrında vəzifəyə təyin olunan Amorim ötən mövsüm komandanı UEFA Avropa Liqasının finalına çıxarıb.Hazırda Premyer Liqada 6-cı pillədə qərarlaşan “qırmızı şeytanlar” mövsümün gedişində dəyişiklik etməyin zəruri olduğu qənaətinə gəlib.
Xarici mətbuat ayrılığın “Lids Yunayted”lə 1:1 hesablı heç-heçədən sonra baş verdiyini bildirir. Amorim matçdan sonra transfer siyasətini və klubun idarəetmə strukturunu açıq şəkildə tənqid edib.
“Mançester Yunayted” komandanın müvəqqəti olaraq klubun sabiq futbolçusu və U-18 komandasının baş məşqçisi Darren Fletçerə həvalə olunduğunu açıqlayıb. O, növbəti turda “Börnli”yə qarşı oyunda komandaya rəhbərlik edəcək.
Seyranə QuliyevaMissiya.Az