AZ

2026-cı ildə dolların 1,7 manat səviyyəsində qalması dəstəklənəcək – Nazirlik

Bakı. Trend:

2026-cı ildə makroiqtisadi sabitliyin qorunması məqsədilə millivalyutanın mübadilə məzənnəsinin sabitliyi - manatın ABŞ dollarınaqarşı məzənnəsinin 1,7 manat səviyyəsində qalmasıdəstəklənəcək.

Trend-inməlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşınbüdcə bələdçisi”ndə öz əksini tapıb.

Belə ki, 2026-cı ildə ÜDM real ifadədə 2,9 faiz artaraq 134,1milyard manat, o cümlədən qey-ri-neft-qaz ÜDM real ifadədə 5 faizartaraq101,7 milyard manat təşkil edəcək.

ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 75,8faizə çatacağı gözlənilir.

Proqnozlara əsasən, 2026-cı ildə neft-qaz sektoru üzrə ÜDM realifadədə 2,4 faiz azalacaq.

Bu il “Azərilayt” markalı xam neftin qiyməti 1 barel üçün 65 ABŞdolları qəbul edilib.

Ortamüddətli dövrün sonuna ÜDM-in həcmi 161,8 milyard manatadək,onun qey-ri-neft-qaz sektoruna aid hissəsinin xüsusi çəkisi isə 80faizədək yüksələcək.

İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə orta illikinflyasiya göstəricisi 2026-cı ildə 4,8 faiz, 2027-2029-cu illərdəisə illik orta hesabla 4,3 faiz səviyyəsində proqnozlaşdırılıb.

Seçilən
85
6
az.trend.az

10Mənbələr