AZ

Tehran Şaraaya qarşı sui-qəsd hazırlayır - “Walla”

BAKI, 5 yanvar. TELEQRAF

İsrail ordusunda İranın bəzi tərəflərlə koordinasiyalı şəklində Suriya Prezidenti Əhməd Şaraaya qarşı sui-qəsd hazırladığı barədə məlumat var.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Walla” saytı təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, kəşfiyyat məlumatları Şaraanın həyatı və administrasiyasına real təhdidlərin mövcud olduğunu göstərir.

Sayt qeyd edir ki, bu, İsrail müdafiə naziri İsrael Katsın sədrliyi ilə təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəsmilərinin iştirakıyla yaxın vaxtlarda keçirilmiş qapalı müzakirələrdə təqdim olunub.

Seçilən
47
teleqraf.com

1Mənbələr