AZ

1300 abonentin qazı kəsiləcək

Sumqayıtda 1300 abonentin qaz verilişi müvəqqəti dayandırılır

“Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Xidmətindən verilən NOCOMMENT.az-a məlumata görə, Sumqayıt şəhərinin BTZ bağları ərazisində yerləşən diametri 89 mm olan qaz xəttində sızma aşkar edilib. Aşkarlanmış nasazlığın aradan qaldırılması məqsədilə ərazidə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

Bununla əlaqədar olaraq, həmin ərazidə yaşayan 1300 abonentin qaz təchizatı bu gün saat 16:30-dan etibarən müvəqqəti olaraq dayandırılacaq. Qeyd olunub ki, işlər başa çatdırıldıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa ediləcək.

Abonentlərə təhlükəsizlik qaydalarına ciddi riayət etmələri tövsiyə olunur.

Seçilən
66
nocomment.az

1Mənbələr