AZ

Şarbon təhlükəsi: Bu simptomlara diqqət

Şarbon

Şarbon xəstəliyi dəridə, tənəffüs yollarında və bağırsaqlarda ağır fəsadlara səbəb ola bilər. "Ulusum.az" xəbər verir ki, diş həkimi Harun Solak sosial şəbəkələrdə şarbon xəstəliyinin simptom və yayılma yolları ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, xəstəlik soyuqdəyməyə bənzər simptomlarla başlayır. Dəridə ilkin olaraq ağcaqanad dişləməsinə bənzər iz yaranır, bir neçə gün ərzində qabarcıqlanır və qara yara halını alır. Şarbonun 3 forması var: 1."Dəri şarbonu" – Yoluxmuş heyvanların dərisinə və tükünə təmasla keçir. Qol, boyun və üz nahiyəsində qara yara əmələ gətirir. Limfa düyünləri şişir, halsızlıq və qızdırma olur. 2. Ağciyər şarbonu – Heyvan tükü sporlarının nəfəsə keçməsi ilə yaranır. Yüksək hərarət, qanlı öskürək və sinə ağrısı ilə müşayiət olunur. 3. Bağırsaq şarbonu – Sporların az bişmiş ətlə və ya hava ilə ağıza düşməsi nəticəsində yaranır. Xəstəliyin inkubasiya dövrü 1-10 gündür. 38° və daha yuxarı bədən temperaturu bakteriyanın çoxalması üçün əlverişli mühit sayılır. Əhaliyə xəbərdarlıq: Belə əlamətləri özündə və ya yaxınlarında hiss edənlər dərhal həkimə müraciət etməlidir. Müalicəsi: Penisilindir. Aşısı mövcuddur.Ulusum.az

Diqqət Çəkənlər

Avropada ən yüksək maaş verən ölkəyə çevrilib! Almaniya və Fransa buna yaxınlaşa bilmir

Krediti ödəyə bilməyənlərə ŞAD XƏBƏR

İki bacı güllələnərək evdə ölü tapılıb.

Seçilən
26
ulusum.az

1Mənbələr