AZ

Hakan Fidan Fransaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransaya səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə yaxın mənbələr məlumat yayıb.

Bildirilib ki, Hakan Fidan yanvarın 6-da Parisdə Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi Ukrayna üzrə Könüllülər Koalisiyasının Liderlər Zirvəsində iştirak edəcək.

Qeyd olunub ki, zirvə toplantısında Ukraynadakı sülh səyləri, sülh planları layihələrinin son vəziyyəti və koalisiyanın təhlükəsizlik təminatlarındakı rolu müzakirə olunacaq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
79
missiya.az

1Mənbələr