Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi 5 fevral 2026-cı il tarixində dövlətqulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə qrupu üzrədövlət qulluğuna qəbul imtahanı keçirəcək.
Trend xəbərverir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlərDİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar)yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etməküçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat https://epayment.dim.gov.az/ saytında verilib)istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımivəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçünDİM-in internet portalında müvafiq olaraq “Dövlətqulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlaynqeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi”xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdankeçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geriqaytarılımır.
BB vəzifə qrupu üzrə test imtahanı 5 fevral saat 10:00-dakompüter vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etməküçün qeydiyyat 5 yanvar 2026-cı il saat 15:00-dan 25 yanvar saat18:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərindəkeçiriləcək və namizədlər üçün 920 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə testimtahanı AB, AC, BA və BB qrupları üzrə 5 fevral saat 16:00-dakompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı və Naxçıvanşəhərlərində keçiriləcək və namizədlər üçün 920 yer ayrılıb. Testimtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzininternet portalında 5 yanvar 15:00-dan 25 yanvar saat 18:00-dəkhəyata keçiriləcək.