Ruandanın şərqində ildırım vurması nəticəsində doqquz nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə Ruandanın şərq əyalətinin qubernatoru Prudens Rubinqisa məlumat verib.
Onun sözlərinə görə, paytaxt Kiqalidən təxminən 100 kilometr aralıda yerləşən Nqoma bölgəsində ildırım vurması nəticəsində doqquz nəfər ölüb, altı nəfər isə yaralanıb.
Rubinqisa ölən və yaralananların tarlalarında işlədikdən sonra yağışdan sığınacaq axtaran fermerlər olduğunu və yaralıların xəstəxanaya aparıldığını bildirib.