BAKI, 5 yanvar. TELEQRAF
Bu il bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsindən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə 23,6 milyon manat olacaq subsidiya nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi tədbirləri 285,7 milyon manata başa gələcək.
Ətraf mühitin mühafizəsi sahəsində digər xidmətlər 71,6 milyon manat, meşə təsərrüfatı tədbirləri üzrə xərclər 21,2 milyon manat təşkil edəcək.