AZ

Türk Hava Yollarından UCUZ BİLET KAMPANİYASI

Türk Hava Yolları (THY) daxili tək yön uçuşlarda 1049 liradan başlayan sərfəli biletləri satışa çıxarıb.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə THY-nin sosial media hesablarında məlumat paylaşılıb.

Bildirilir ki, bu kampaniya bu gün və sabah alınacaq biletlər üçün keçərlidir.

Uçuş tarixi 3 fevral – 16 mart arasında olmalıdır. Kampaniya 101 605 oturacaqla məhdudlaşdırılıb.

Sərfəli biletlər THY-nin rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə əldə edilə bilər.

Seçilən
55
ikisahil.az

1Mənbələr