Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İran Məclisi (birpalatalı parlament) hökumətin təqdim etdiyi düzəlişlərdən sonra növbəti ilin büdcə layihəsini (İranda yeni 1405-ci il 2026-cı il martın 21-də başlayacaq) təsdiqləyib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, İran parlamentinin açıq iclasında yeni layihənin lehinə 171, əleyhinə 69, bitərəf altı deputat səs verib.
Yenilənmiş sənəddə dövlət qulluqçularının maaşlarının 20% əvəzinə, tədricən 43%-ə qədər artırılması nəzərdə tutulur. Dəyişikliklər əlavə dəyər vergisinə də təsir edib: 12% əvəzinə 10% göstərici təsdiqlənib. Əhali üçün bir sıra prioritet sahələr üzrə subsidiyalar da artırılıb.
Dekabrın 30-da məclisin müvafiq komitəsi hökumətin əvvəllər təqdim etdiyi büdcə layihəsini rədd edərək qeyd edib ki, sənəddə əhaliyə, bazara, istehsal sektoruna diqqət artırılmalıdır.
Həmin gün İran Prezidenti Məsud Pezeşkian parlamentin sədri Məhəmməd Baqir Qalibafa məktub göndərərək, hökumətin büdcə layihəsinə lazımi düzəlişlər etməyə hazır olduğunu bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.