AZ

Yunanıstanın hava məkanında xaos yaranıb

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünən gün ərzində uçuşların ləğvi səbəbindən Yunanıstanın hava limanlarında xaos hökm sürüb və onlarla təyyarə reysi təxirə salınıb.

Reyting.az-ın məlumatına görə, Yunanıstanın dövlət televiziyası ERT bildirib ki, Afina prokurorluğu hava limanlarında uçuşların ləğvinə səbəb olan texniki nasazlıqla bağlı təcili araşdırmalara başlayıb.

Elektron Cinayətlər Departamenti tərəfindən aparılacaq araşdırmada təyyarə rabitəsinə hər hansı təhlükəli müdaxilənin olub-olmadığı yoxlanılır. Bildirilir ki, hava məkanına təsir edən problemin mənbəyi tam araşdırılacaq.

Dünənki nasazlıq səbəbindən yaranmış problem davam edir.

Yunanıstan Mülki Aviasiya İdarəsi (IPA) uçuşlarda fasilələrə səbəb olan nasazlığın Yunanıstan hava məkanını (FIR Afina) əhatə edən tezliklərdə geniş yayılmış müdaxilə ilə əlaqəli olduğunu açıqlayıb.

Xatırladaq ki, dünən saat 08:59-da Afina FIR-ə (Uçuş Məlumat Bölgəsi) xidmət göstərən radiotezliklərdə eyni vaxtda və davamlı müdaxilə aşkar edilmişdi. Hava hərəkətinin idarə edilməsində istifadə olunan xüsusi rabitə və əməliyyat telefon xətlərində eyni vaxtda fasilələr yaranmışdı.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
reyting.az

1Mənbələr