AZ

Kolumbiya liderindən Trampa cavab: Vətənim üçün silah götürməyə hazıram

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Əgər xalqın böyük hissəsinin sevdiyi və hörmət etdiyi bir prezidenti həbs etsələr, insanlar ayağa qalxaraq, onu azad edəcək”.

525.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro bildirib.

O deyib ki, Kolumbiya xalqı vətəninin müdafiəsi üçün silah götürməyə hazırdır.

“Heç vaxt hərbdə olmasam da, müharibənin və mübarizənin nə olduğunu bilirəm. 1989-cu il sülh müqaviləsindən sonra bir daha silah götürməyəcəyimə and içmişəm, amma vətənim naminə yenidən xoşlamadığım silahı götürəcəyəm", - Prezident deyib.

Xatırladaq ki, o, gəncliyində solçu radikal təşkilat olan 19 Aprel Hərəkatının (M-19) üzvü olub.

Petro, həmçinin polis kəşfiyyat xidmətindən bir neçə polkovnikin "dövlətin ziyanına yalan məlumat ötürdüklərinə görə" işdən çıxarılması barədə əmr verdiyini açıqlayıb.

"Ümid edirəm ki, ABŞ dövlət katibi Marko Rubio bu uydurmalara inanmayacaq", - Prezident söyləyib.

Daha əvvəl ABŞ lideri Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə məqsədilə Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü istisna etməyib.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
525.az

1Mənbələr