ABŞ-ın sabiq prezidenti Co Bayden ən yüksək məbləğdə pensiyaya çıxan şəxs kimi tarixə düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə New York Post (NYP) qəzeti məlumat yayıb.
Məlumata görə, Co Baydenin illik dövlət pensiyası 417 min dollar təşkil edir. Bu rəqəm onun prezidentlik dövründə aldığı illik maaşı — 400 min dolları belə üstələyir. NYP yazır ki, Baydenin pensiyası ABŞ-ın digər sabiq prezidenti Barak Obamaya təyin olunan analoji ödənişlərdən təxminən iki dəfə çoxdur.
Milli Vergiödəyiciləri Fondunun vitse-prezidenti Demian Bredinin sözlərinə görə, 83 yaşlı Co Bayden bu qədər yüksək pensiya almağa uzunmüddətli siyasi karyerası sayəsində nail olub. Ekspert bildirib ki, Bayden ümumilikdə 44 il ərzində Senatda və vitse-prezident vəzifəsində çalışıb və bu səbəbdən o, bir neçə mənbədən eyni vaxtda pensiya və sosial ödənişlər alır.
Müşviq Tofiqoğlu
KONKRET.az