AZ

Ukraynalı futbolçu "Qalatasaray"a keçmək istəmir

BAKI, 5 yanvar. TELEQRAF

İngiltərənin "Everton" klubunun futbolçusu Vitali Mikolenko Türkiyənin "Qalatasaray" komandasına keçmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, bu barədə insayder İqor Burbas məlumat yayıb.

Mənbənin məlumatına görə, 26 yaşlı ukraynalı müdafiəçi yalnız TOP-5 liqa təmsilçilərindən gələn təklifləri dəyərləndirəcək.

Daha əvvəl mətbuatda "Qalatasaray"ın Mikolenkonu qış transfer pəncərəsində satınalma şərti ilə icarəyə götürmək istəyində olduğu bildirilirdi.

Qeyd edək ki, Vitali Mikolenko 2022-ci ildən "Everton"da çıxış edir. O, cari mövsüm ərzində 19 oyunda şans qazanıb.

Seçilən
76
teleqraf.com

1Mənbələr