AZ

Kolumbiya prezidenti Trampa və ABŞ-a xəbərdarlıq etdi: “Qətiyyətlə cavab veriləcək”

Kolumbiya Prezidenti Qustavo Petro ölkənin ictimai və güc strukturlarının rəhbərlərinə sərt xəbərdarlıq edib. O bildirib ki, ABŞ bayrağını Kolumbiyanın dövlət bayrağından üstün tutan istənilən komandir dərhal vəzifədən azad olunacaq.

KONKRET.az xəbər verir ki, prezidentin sözlərinə görə, bu cür davranış yolverilməzdir və milli suverenlik prinsiplərinə açıq şəkildə ziddir.

Qustavo Petro vurğulayıb ki, dövlət qurumlarında çalışan şəxslər ilk növbədə Kolumbiyanın maraqlarına və milli dəyərlərinə sadiq olmalıdırlar.

Dövlət başçısı ölkənin daxili işlərinə xarici təzyiq və müdaxilələri də kəskin tənqid edib. Onun fikrincə, xalqın əhəmiyyətli hissəsinin dəstəyini qazanan liderin nüfuzunu alçaltmaq və ya sarsıtmaq cəhdləri cəmiyyət tərəfindən qətiyyətlə cavablandırılacaq.

“Hərbi keçmişim yoxdur, lakin müharibənin nə olduğunu və strategiyanın necə qurulduğunu başa düşürəm. ABŞ Cənubi Amerika ölkələrinin paytaxtlarını bombalayan ilk dövlətdir. Nə Netanyahu, nə Hitler, nə Franko, nə də Salazar buna əl atıb. Bu, region xalqlarının unutmayacağı ağır tarixi səhifədir”, – deyə Qustavo Petro qeyd edib.

Prezident açıqlaması ilə bir daha vurğulayıb ki, Kolumbiya üçün milli rəmzlərə hörmət və dövlət müstəqilliyi məsələsi prinsipialdır və heç bir halda kompromis mövzusu ola bilməz.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
23
1
konkret.az

2Mənbələr