AZ

Qeyri-iş günlərində baş verən yol-nəqliyyat hadisələrinin sayı məlum olub

Bakı.Trend:

Bayram tətilinin son günündə ölkə ərazisində ölümlə nəticələnənyol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumatyayıb.

Bildirilib ki, təəssüf ki, ilin təhvil olduğu və sonrakı 3 günərzində ölüm faktı qeydə alınan 6 yol qəzası baş verib ki, həminhadisələrin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması vəmaneəvurma ilə bağlı olub. Belə ki, Nəsimi və Göyçay rayonlarındaqeydə alınan toqquşma, eləcə də Goranboy və Astara rayonlarında başverən maneəvurma hadisələri nəticəsində 6 nəfər həlak olub, 5 nəfərisə xəsarət alıb.

Paytaxtın Xəzər və Yasamal rayonlarında piyadaların vəvelosipedçinin vurulması hadisələri də qeydə alınıb ki, nəticədə 2nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Hadisələrin başvermə səbəblərinin təhlili göstərir ki, uzaqməsafələrə səfərlərin əsasən gecə saatlarına planlaşdırılması,sürət həddinin aşılması, sürücülərin yorğun və yuxusuz haldanəqliyyat vasitəsini idarə etməsi, eləcə də turizm bölgələrindənəqliyyat sıxlığının artması fonunda sükan arxasında diqqətsizdavranış qəzalara şərait yaradan əsas amillərdəndir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkətiqaydalarına ciddi riayət etməyə, sürət həddini yol və havaşəraitinə uyğun seçməyə, həmçinin yorğun və yuxusuz halda sükanarxasına əyləşməməyə çağırır.

Məqalədə:
Seçilən
59
21
az.trend.az

10Mənbələr