AZ

"Qarabağ" rəhbərliyi Nəriman Axundzadə ilə bağlı yekun qərarını verdi - SON DURUM

"Qarabağ"ın və Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin yeni ildə hansı klubda oynayacağına aydınlıq gəlib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı forvardın adı bir neçə Avropa klubu ilə yanaşı çəkilsə də, hələ onu transfer etmək üçün "Qarabağ"a rəsmi təklif göndərilməyib.

Klub rəhbərliyi azərbaycanlı oyunçuya daha güclü çempionatlarda mübarizə aparan komandalarda oynamaq şansı yaratmağa hazırdır. Lakin bunun üçün öncə, belə desək, Ağdam təmsilçisinin qapısı döyülməlidir. Baş məşqçi Qurban Qurbanov özü də Axundzadə ilə danışıb və onu hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Axundzadənin "Qarabağ"la müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq. Cari mövsüm "köhlənlər"in sıralarında 24 matça çıxaraq 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 2,5 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
19
fanat.az

1Mənbələr