AZ

Hava məkanında həyəcan: Uçuşlar ləğv edildi

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Yunanıstanın hava limanlarında dünən gün ərzində uçuşların ləğvinə səbəb olan texniki nasazlıqla bağlı prokurorluq tərəfindən təcili araşdırma başladılıb.

"Cebheinfo.az" xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin məlumatına görə, Afina Baş Prokuroru Aristidis Korias baş verən texniki nasazlığın səbəblərini araşdırmaq məqsədilə təcili istintaqın başladılmasına göstəriş verib.

Elektron Cinayətlər İdarəsinin apardığı araşdırma çərçivəsində təyyarələrin rabitə sistemlərinə təhlükəli müdaxilə olub-olmadığı və bu müdaxilənin Yunanıstan hava məkanının böyük hissəsini əhatə edən problemə səbəb olub-olmadığı araşdırılacaq.

Dünənki nasazlıq nəticəsində çoxsaylı reyslər ləğv edilib və bu səbəbdən uçuşlarda gecikmələr bu gün də davam edir.

Yunanıstan Hava Hərəkəti Xidmətlərinin tezliklərində səhər saatlarında baş verən texniki nasazlıq səbəbindən gün ərzində planlaşdırılan uçuşların əksəriyyəti həyata keçirilə bilməyib.

Yunanıstan Mülki Aviasiya İdarəsi (IPA) uçuşlarda yaranan problemlərin Afina Uçuş Məlumatı Bölgəsini (FIR Afina) əhatə edən tezliklərdə baş verən genişmiqyaslı parazitləşmədən qaynaqlandığını açıqlayıb.

IPA-nın yazılı açıqlamasında bildirilib ki, dünən saat 08:59-da FIR Afina bölgəsində fəaliyyət göstərən demək olar ki, bütün radio tezliklərində eyni vaxtda və davamlı parazit siqnalları qeydə alınıb.

Eyni zamanda, hava hərəkətinə nəzarət üçün istifadə olunan xüsusi rabitə xətləri və əməliyyat telefon xətlərində də fasilələr yaşanıb.

Hadisənin miqyası, coğrafi yayılması və müddəti baxımından daha əvvəl müşahidə olunmayan səviyyədə olduğu, tezliklərdə qeydə alınan parazitlərin davamlı və qeyri-iradi siqnallar şəklində yayıldığı bildirilib.

Afina şəhərində yerləşən Elefterios Venizelos Hava Limanından gecə saatlarında verilən açıqlamada isə nasazlığın aradan qaldırıldığı bildirilib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
79
1
cebheinfo.az

2Mənbələr