Bakı, 5 yanvar, AZƏRTAC
Türkiyənin “Fatih Karagümrük” komandası 4 futbolçu ilə yollarını ayırıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Atakan Çankaya, Enzo Roko, Nikoloz Uqrekhelidze və Alper Emre Dəmirolla vidalaşıb.
Oyunçuların müqavilələrinə vaxtından əvvəl xitam verilib.