Bakı. Trend:
Xəbər verdiyimiz kimi, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndəheyətini qəbul edib.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında politoloq Azər Qarayevbildirib ki, bu görüş Azərbaycan-ABŞ münasibətlərinin hazırkımərhələsini və gələcək istiqamətlərini aydın göstərən mühüm siyasihadisə kimi qiymətləndirilə bilər.
"İlk növbədə, ABŞ nümayəndə heyətinin yüksək səviyyəli vəikipartiyalı tərkibi Vaşinqtonda Azərbaycana marağın davamlıxarakter daşıdığını göstərir. Silahlı Qüvvələr və Gəlirlərkomitələrinin üzvlərinin iştirakı təhlükəsizlik, müdafiə, ticarətvə iqtisadi məsələlərin ABŞ Konqresi üçün prioritet mövzularolduğunu təsdiqləyir. Görüşdə Azərbaycan–Ermənistan sülhgündəliyinin xüsusi yer tutması diqqətəlayiqdir. Prezident İlhamƏliyevin əldə olunmuş razılaşmaları “tarixi əhəmiyyətli”adlandırması və bu prosesdə ABŞ Prezidenti Donald Trampın rolunuvurğulaması Vaşinqtonun regional sülh prosesində aktiv vasitəçikimi çıxış etdiyini göstərir. Eyni zamanda, artıq ticarətəlaqələrinin qurulması və tranzit imkanlarının açılması sülhgündəliyinin praktiki nəticələr verdiyini nümayiş etdirir".
A.Qarayev qeyd edib ki, TRIPP marşrutu ilə bağlı səsləndirilənfikirlər Azərbaycanın regionda nəqliyyat-logistika mərkəzinəçevrilmək strategiyasının davamı kimi dəyərləndirilə bilər.
Bu dəhliz həm regional inteqrasiyanı gücləndirir, həm də ABŞ vəQərb üçün alternativ nəqliyyat marşrutları baxımından əhəmiyyətdaşıyır.Prezident İlham Əliyevin 907-ci düzəliş məsələsiniqaldırması isə görüşün siyasi məzmununu daha da gücləndirir. Buməsələ Azərbaycan tərəfinin ABŞ-la münasibətlərin tamnormallaşdırılmasında maraqlı olduğunu və mövcud məhdudiyyətlərinartıq reallığa uyğun gəlmədiyini açıq şəkildə ifadə etdiyinigöstərir. Düzəlişin fəaliyyətinin dayandırılmasının müsbətqiymətləndirilməsi Konqres üzvlərinə ünvanlanmış siyasi mesaj kimidə dəyərləndirilə bilər. Ümumilikdə, görüş Azərbaycan ABŞmünasibətlərinin yalnız regional təhlükəsizliklə məhdudlaşmadığını,enerji, müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları vəsüni intellekt kimi gələcəyə yönəlik sahələri də əhatə etdiyinigöstərir. Bu isə tərəflər arasında daha dərin və institusionaləməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır".