2025-ci il 1 dekabr tarixinə Azərbaycan Respublikasının ümumi dövlət borcunun həcmi 25 milyard 272.7 milyon manata bərabər olub.
Hafta.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2026-cı ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatlarında yer alıb.
Bildirilib ki, sözügedən məbləğ 2025-ci il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19.5 faizini təşkil edir.
"Məcmu dövlət borcunun 8 milyard 195.2 milyon manatı xarici dövlət borcunun, 17 milyard 77.5 milyon manatı daxili dövlət borcunun payına düşür.
2025-ci ilin 1 dekabr tarixinə xarici dövlət borcu isə 4 milyard 820.7 milyon ABŞ dolları ekvivalentində olub. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 309 milyon ABŞ dolları və ya 6 faiz azalıb", - deyə məlumatda qeyd olunub.