BAKI, 5 yanvar. TELEQRAF
Dövlət Vergi Xidmətinin xətti ilə 2026-cı il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmaların 78,7 faizi və ya
13 milyard 310 milyon manatı qeyri-neft-qaz sektorunun, 21,3 faizi və ya 3 milyard 600 milyon manatı
neft-qaz sektorunun payına düşür. Ümumilikdə Dövlət Vergi Xidmətinin xətti ilə 2026-cı il üzrə gəlirlərin ÜDM-ə nisbəti 12,6 faiz proqnozlaşdırılıb.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 2 milyard 379,3 milyon manat, hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar 6 milyard 580 milyon manat nəzərdə tutulub.
Əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 466,3 milyon manat, sadələşdirilmiş vergi üzrə daxilolmalar 429 milyon manat, aksiz vergisi üzrə daxilolmalar 1 milyard 584 milyon manat, əmlak vergisi üzrə daxilolmalar 376 milyon manat, mədən vergisi üzrə daxilolmalar 151 milyon manat, torpaq vergisi üzrə daxilolmalar 47 milyon manat, dövlət rüsumu üzrə daxilolmalar -
362 milyon manat, yol vergisi üzrə daxilolmalar 334,4 milyon manat daxilolma proqnozlaşdırılıb.