Gununsesi saytına istinadən ain.az xəbər verir.
Deyəsən, Azərbaycanda sənətçilər siyasətçi, siyasətçilər də sənətçi olmaq istəyəndə aləm bir-birinə dəyir.
Bu mənada, Azərbaycanda həm siyasət, həm də sənətlə məşğul olmağına baxmayaraq, heç cür uğurlu ola bilməyən, daha dəqiq, özünü təsəlli etmək üçün hər zaman konyuktur uğurlar qazanan bir adam da Polad Bülbüloğludur.
Heç şübhəsiz, o da bir çox sənətçilər kimi dövrün boşluğun, siyasi məsələlərin hesabına meydana çıxmış və meydanda, ortalıqda qalmış adamdır.
Polad Bülbüloğlu yeganə sənətçidir ki, sənəti onu Azərbaycanda tanıda bilməmişdi. O bu gün bütün məşhurluğunu, özünə olan yalançı sevgini məhz Rusiyada, Rus dilində oxumağına borcludur. Əks halda, onu Azərbaycanda heç “palatka” toyuna da çağırmaq düzgün olmazdı.
Bülbüloğlu yeganə azərbaycanlı müğənnidir ki, onun musiqilərində azərbaycanlı notları yoxdur. Sanasan, musiqiləri anti-milli ünsürdür.
“Gəl, ey səhər” qışqırmaqla sənət olsaydı, nə var idi ki?!
O da heç şübhəsiz, onun məşhurlaşmasının bir neçə səbəbi var. Əlbətə, ilk növbədə atasının adı, kölgəsi bəs edirdi. Özü isə daha sonra SSRİ prokurorunun qızını ilə evlənmişdi. Bu da onun Rusiyada məşhurluğuna təkan verən amillərdən idi.
Təsəvvür edin, bir eks nazirin, səfirin, mədəniyyət adamının səs yazısı yayılır, həmin yazıda da milləti aşağılayır. İndi bu məqamda Polad Bülbüloğlu da Azərbaycanın dəyərimi olur?
Cəhənnəm, heş olmasa, siyasətdə yartısaydı, dərd yarıdır demək olardı. Ancaq siyasəti sənətindən də bərbad vəziyyətdə oldu. Musiqini, Azərbaycan mədəniyyətini pis günə qoyduğu kimi, siyasəti də məhv elədi.
Başqa cür desək, Polad Bülbüloğlu Azərbaycan musiqisinin, siyasətinin Anarı, Kamal Abdullasıdır. Həm mahiyyətcə, həm də xaraktercə.
Düz 14 il mədəniyyət naziri olub mədəniyyətin anasını ağlar qoydu Polad Bülbüloğlu. Onun Azərbaycan mədəniyyətinə vurdğu zərbələrin altını ondan sonrakı nazirlər də, mədəniyyət adamları da, ümumi mədəniyyətimizin özü də çəkir.
Ümumiyyətlə, sənətkar bu qədər nazir və yaxud səfir, deputat işləyərdi?
Üstəlik, bütün bunların müqabilində sənəti də inkişaf etmədi, özündən sonra heç kimi yetişdirmədi, qəti şəkildə sənətkar ola bilmədi.
Deputat kimi seçicilərlə görüməməsi isə ayrıca bir dərddir.
Xalqın bu qədər narazı olduğu adamdan nə sənətçi, nə siyasətçi?
Bu isə onun sənətinin olmadığını göstərən əsas amillərdəndir. Bu gün hansı sənətçi Polad Bülbüloğlunu özünə kumir seçər, dəyər bilər?
Adamın da Polad Bülbüloğlu simasında dəyəri olar?
Kim istəyər ki, onun kimi surroqat mahnılar oxusun?
Səfir kimi də fəaliyyəti Azərbaycana məlum olan, heç bir şəkildə siyasi sifəti olmayan bu adamın Azərbaycan ədəbiyyatında da, siyasətində də dəyəli yeri olmamalıdır.
Orxan Saffari
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.