AZ

"Karvan-Yevlax"ın yeni transferləri düşərgəyə gəldilər

Misli Premyer Liqasında (MPL) elitada qalmaq uğrunda mübarizə aparan "Karvan-Yevlax" heyətinə iki futbolçu qatıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar mövsümün ilk yarısını 1-ci Liqa təmsilçisi "Mingəçevir"də keçirən hücumçu Samir Abdullayev və müqavilə ilə "Sabah"a məxsus olan müdafiəçi Rauf Rüstəmlidir.

Hər iki oyunçu hazırda Yevlax təmsilçisinin düşərgəsindədir. Bölgə klubunun keçidləri yaxın vaxtlarda açıqlayacağı gözlənilir.

Qeyd edək ki, hazırda 6 xalı olan "Karvan-Yevlax" MPL-in turnir cədvəlində 12-ci - sonuncu pillədə mövqe tutub. Komandanı Pro kateqoriyalı mütəxəssis Füzuli Məmmədov çalışdırır.

Nihat

Seçilən
97
1
fanat.az

2Mənbələr