Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı bölməsi üçün 1milyard 226,5 milyon manat məbləğində vəsait ayrılacaq. Bu, 2025-ciillə müqayisədə 22,7 milyon manat və ya 1,9 faiz çoxdur.
Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, bu bölmə üzrə nəzərdə tutulanvəsaitin 490 milyon manatı ölkə ərazisində mövcud olan sutəsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsi, fermerlərinsuvarma suyu ilə təchizatının və torpaqların meliorativvəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı iləbağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi,suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezianquyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyətəminatına yönəldiləcək.
Məlumata əsasən, ölkədə ərzaq təhlükəsizliyi tədbirləri üçün512,7 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsait hesabınafermerlərin kənd təsərrüfatı istehsalı vasitələrinin alınmasınaçəkdikləri xərclərin bir hissəsi kompensasiya ediləcək və əkinsahələrinə, təhvil verilən məhsula, toxum və ting satışına görəsubsidiyalar veriləcək. Eyni zamanda, yerli heyvanların cinstərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar heyvanların sayınınartırılması və süni mayalanma yolu ilə alınan sağlam buzovlara görədəstək göstəriləcək. Bundan əlavə, barama istehsalına subsidiyaayrılacaq, lizinq yolu ilə texnika, suvarma sistemləri və damazlıqheyvanların alınmasına dövlət büdcəsi hesabına güzəştlər və digərkənd təsərrüfatı tədbirlərinin maliyyələşdirilməsi təminolunacaq.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunanbuğdadan asılılığın azaldılması və yeni tənzimləmə mexanizmlərininyaradılması hesabına ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsininyüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsi məqsədilə29,5 milyon manat vəsait ayrılacaq.
Dövlət büdcəsində baytarlıq tədbirləri üçün nəzərdə tutulmuş44,9 milyon manat vəsaitin 22,8 milyon manatı baytarlıqxidmətlərinin həyata keçirilməsinə, 18,2 milyon manatı vaksinlərin,dərmanların və baytarlıq ləvazimatlarının alınmasına vədaşınmasına, 900 min manatı xüsusi təhlükəli heyvan xəstəlikləriilə əlaqədar zərər çəkən hüquqi və fiziki şəxslərə dəymiş maddiziyanın ödənilməsinə yönəldiləcək.
Bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərə qarşımübarizə tədbirlərinin aparılmasına 5,4 milyon manat, aqrokimyəvianalizlərin aparılması, aqrokimyəvi pasportların verilməsi və toxumnəzarəti üzrə tədbirlərin maliyyələşdirilməsinə isə 8,2 milyonmanat ayrılacaq.
Bu ilin dövlət büdcəsinin kənd təsərrüfatı xərcləri bölməsindənmaliyyələşən təşkilatların büdcədənkənar xərcləri 6,7 milyon manattəşkil edəcək.