Xoşqədəm Baxşəliyeva sosial media hesabında ailəsi ilə birlikdə görüntülərini paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, o, görüntülərə bu sözləri əlavə edib:
“Yeni ilin ilk həftəsi. Hər gün ümidlə açılan bir səhər, hər gecə ürəkdə böyüyən yeni arzular. Keçmişin ağırlığı yavaş-yavaş geridə qalır, ruhumuz isə yenilənməyə başlayır. Bu günlər bizə xatırladır ki, başlanğıclar həmişə sakit olur, amma güclü iz buraxır. Yeni ilin ilk həftəsi - inanmaq, cəsarət etmək və özünə bir şans daha vermək vaxtıdır”.
Aydan Hacı
Telegram kanalımız