Potuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Santyaqo Bernabeu”da vida matçı keçirə bilər.
Msport.az xəbər verir ki, 40 yaşlı forvard peşəkar karyerasını başa vurduqdan sonra vida matçında iştirak etmək üçün gələcəkdə “Santyaqo Bernabeu”ya qayıda bilər.
Tarixin ən böyük futbolçularından biri ilə vida mərasimini təşkil etmək üçün maraqlı tərəflər arasında mümkün tədbir formatları artıq müzakirə olunur. Seçimlərdən biri Madriddə “Real” və “Əl-Nəsr” arasında yoldaşlıq oyunudur. Bu ssenaridə Ronaldo hər komandada bir hissə oynaya bilər.
Qeyd edək ki, Kriştiano Ronaldo 2002-2003-cü illərdə “Sportinq”in, 2003-2009-cu və 2021-2022-ci illərdə “Mançester Yunayted”in, 2009-2018-ci illərdə “Yuventus”un formasını geyinib. O, 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə keçib.