Məşhur aktyor sözünə davam edərək deyib "38 yaşında biri ilə görüşəndə deyirlər ki, 'O, gözəl bir qız tapıb.' 38... O, ölmək üzrədir". Cem Yılmazın zarafatı sosial mediada trend mövzusuna çevrilib.

Aktyorun keçmiş sevgilisi Necla Karahalil zarafata kinayəli cavab verib: "Dişi qurbağaların "erkəklərdən qaçmaq" üçün ölümü təqlid etdikləri müəyyən edilmişdir. Sabahınız xeyir, qurbağa qardaş, hətta ölümü təqlid etmək belə kişini səhnəyə çıxara bilər".

Məşhur müğənni İrem Derici isə sosial media hesabında Cem Yılmaza dəstək olub: “38 yaşım var və əla formadayam. Həmişəkindən daha enerjiliyəm və həyatdan nə istədiyimi bilirəm. İzləyərkən heç vaxt incimədim, çünki buna yumor deyilir. Sizi narahat edən də elə budurmu? Gedin Riki Gervais, Deyv Çappelle, Kevin Hart izləyin və görün. Əzizlərim, Cem Yılmaza bərabəri yoxdur, sadəcə biləsiniz”.
AzVision.az