AZ

"Çelsi" 5 ildir ki, "Mançester Siti"ni yenə bilmir

İngiltərə Premyer Liqasının 20-ci turunda "Çelsi" ilə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" 5 ildir ki, "zadəganlar"a uduzmur.

Fanat.Az-ın məlumatına görə, "şəhərlilər" London təmsilçisinə son dəfə Çempionlar Liqasının 2020/2021 mövsümündə baş tutan final oyununda yeniliblər - 0:1.

O vaxtdan bəri tərəflər 13 dəfə üz-üzə gəlib. Bunlardan 8-i MS-in qələbəsi ilə yekunlaşıb, 8 qarşılaşmada isə bərabərlik qeydə alınıb.

Xatırladaq ki, hazırda 42 xalı olan Mançester təmsilçisi İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Xosep Qvardiolanın komandası lider "Arsenal"dan 6 xal geri qalır.

Nihat

Seçilən
1
1
fanat.az

2Mənbələr