AZ

Mbappenin son durumu açıqlandı: Superkubokda oynaya biləcək?

“Real”ın hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun yarımfinal matçını buraxacaq.

Publika.az xəbər verir ki, İspaniya mətbuatı fransız futbolçunun zədədən bərpa olunaraq yanvarın 8-də keçiriləcək “Atletiko” ilə derbidə iştirak edə biləcəyini istisna etmirdi. Lakin jurnalist Migel Anxel Díasın son məlumatına görə, artıq bu şans qalmayıb.

27 yaşlı hücumçunun “hindulara”a qarşı oynamayacağı dəqiqdir. Ola bilsin ki, o, hətta komanda ilə Superkubok matçlarının keçiriləcəyi Səudiyyə Ərəbistanına da uçmayacaq.

“Real” – “Atletiko” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
55
publika.az

1Mənbələr