Son iki ildə Ukrayna Silahlı Qüvvələrində qadın zabitlərin faizi 4%-dən 21%-ə yüksəlib.
Publika.az xəbər verir ki, bunu Baş Qərargahın gender üzrə müşaviri Oksana Qriqoryeva bildirib.
O qeyd edib ki, qadınlar orduda tağım komandirləri də daxil olmaqla rəhbər vəzifələr tutur, həmçinin hərbi hissələrə və ərazi müdafiə batalyonlarına rəhbərlik edirlər.
Onun sözlərinə görə, bu vəziyyət döyüş əməliyyatları zamanı kişi heyət arasında əhəmiyyətli itkilərə işarə edir ki, bu da boş yerləri doldurmaq zərurətinə səbəb olub.