AZ

Məşhur opera sənətçisi vəfat edib

ain.az bildirir, 525.az portalına istinadən.

İstanbul Dövlət Opera və Balet Teatrının keçmiş direktoru və bədii rəhbəri, professor Məsud İktu 79 yaşında vəfat edib.

525.az xəbər verir ki, məşhur opera sənətçisi ilə vida mərasimi Atatürk Mədəniyyət Mərkəzinin (AKM) Türk Telekom Opera Zalında keçirilib.

Türkiyə mediasının verdiyi xəbərə görə, vida mərasimində mərhumun ailə üzvləri, sənətçi dostları və sevənləri iştirak ediblər.

Mərasimdə çıxış edən İstanbul Dövlət Opera və Balet Teatrının direktoru Caner Akgün, baş rejissoru Caner Akın, professor Aydın Ayan, Atatürk Mədəniyyət Mərkəzinin bədii rəhbəri Remzi Buharalı, mərhum sənətçinin qızı Nazlı İktu Məsud İktu ilə bağlı xatirələrini bölüşüb, kədərlərini dilə gətiriblər.

Mərasimdən sonra, mərhum İhlamurkuyu qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Məsud İktu 31 may 1947-ci ildə anadan olub. Təhsilini İstanbul Bələdiyyə Konservatoriyasında, Ankara Dövlət Konservatoriyasında və Berlin Dövlət Musiqi və Səhnə Sənətləri Ali Məktəbində başa vurduqdan sonra 1973-cü ildə İstanbul Dövlət Opera və Balet Teatrında fəaliyyətə başlayıb.

Türkiyədə səhnələşdirilən ilk "Don Giovanni" tamaşasında baş rolu ifa etməsi ilə tanınan sənətçi müxtəlif dövrlərdə İstanbul Dövlət Opera və Balet Teatrında baş menecer və bədii rəhbər vəzifələrində çalışıb.

Akademik təhsilini davam etdirən M.İktu Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında professor kimi dərs deyib. Marmara Universiteti Təhsil Fakültəsinin Musiqi Bölümünün təsisçilərindən biri olan Məsud İktu 2025-ci ildə 53-cü İstanbul Musiqi Festivalı Fəxri Mükafatına layiq görülüb.

ŞAHANƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
525.az

1Mənbələr