AZ

Baş naziri şərhdən yayındı

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatlara, o cümlədən Prezident Nikolas Maduronun və həyat yoldaşının saxlanılmasına birbaşa münasibət bildirməkdən çəkinib. 

"Cebheinfo.az" xəbər verir ki, Yeni il münasibətilə keçirilən mətbuat konfransında jurnalistlər Vaşinqtona qarşı beynəlxalq miqyasda səslənən geniş tənqidlərə diqqət çəkərək Takaiçidən ABŞ-nin Venesueladakı əməliyyatı barədə mövqeyini açıqlamasını istəyiblər. Baş nazir isə bildirib: 

“Venesueladakı vəziyyətlə bağlı Yaponiya hökumətinin əsas prioriteti orada yaşayan ölkə vətəndaşlarının təhlükəsizliyinin təminidir. Bu istiqamətdə bütün aidiyyəti ölkələrlə sıx əməkdaşlıq edirik”. 

Takaiçi Venesuelada “demokratiyanın sürətlə bərpa olunmasının və vəziyyətin sabitləşdirilməsinin” vacibliyini vurğulayıb və Yaponiya hökumətinin bu məqsədə çatmaq üçün beynəlxalq ictimaiyyət və G7 ölkələri ilə yaxın əməkdaşlığı davam etdirəcəyini qeyd edib. ABŞ-nin əməliyyatı və Maduronun saxlanılaraq ölkədən çıxarılması məsələsinə isə konkret şərh verməyib. 

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
1
cebheinfo.az

2Mənbələr