Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İranda həyat bahalılığı və milli valyutanın kəskin dəyər itirməsi fonunda 28 dekabr 2025-ci ildən başlayan etiraz aksiyaları yeddinci gününə qədəm qoyub. Etirazlar paytaxt Tehranla yanaşı ölkənin bir çox şəhərinə yayılıb. Rəsmi məlumatlara görə, ölkə üzrə 222 nöqtədə keçirilən aksiyalarda 51 nəfər yaralanıb, azı 990 nəfər saxlanılıb. Hadisələr zamanı bir sıra bölgələrdə ölənlərin olduğu bildirilir.
ABŞ Prezidenti Donald Tramp İranda etirazçıların öldürüləcəyi təqdirdə ABŞ-nin müdaxilə edəcəyini bəyan edib.
Maraqlı məqam odur ki, İngiltərənin "The Times" qəzeti təhlükəsizlik qüvvələrinin etirazları nəzarət altına ala bilməməsi halında İranın ali dini lideri Əli Xameneinin Moskvaya qaçmaq üçün plan hazırladığını iddia edib.
Məlumata görə, 86 yaşlı Xamenei təhlükəsizlik qüvvələrinin itaətsizliyi halında təxminən 20 yaxın qohumu ilə birlikdə Tehrandan ölkəni tərk etməyi planlaşdırır. İddiaya əsasən, bu “B planı” onun oğlu Müctəbanı da əhatə edir. Mənbələr Xameneinin bu planı hazırlayarkən Bəşər Əsədin Rusiyaya qaçmasından ilham aldığını bildirir.
Qeyd edək ki, etirazların başlanmasından sonra İran Prezidenti Məsud Pezeşkiyan iqtisadi problemlərə görə hökumətin məsuliyyət daşıdığını etiraf edib və xarici qüvvələrin günahlandırılmaması çağırışı edib.
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.