2026-cı il üzrə iqlim dəyişikliyi ilə əlaqəli “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarının tədbirləri üzrə 1,3 milyard manat proqnozlaşdırılıb.
Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, UNEP-in dəstəyi ilə 2024–2025-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən iqlim üzrə monitorinq, hesabatlılıq və yoxlama (MRV) sistemlərinin hazırlanmasına və tətbiqinə başlanılıb. Bu sistemlər ölkənin iqlim fəaliyyəti üzrə məlumatların beynəlxalq stan-dartlara uyğun izlənməsinə şərait yaradacaq.
Bildirilib ki, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə sahəsində həyata keçirdiyi mitiqasiya tədbirləri həm milli enerji təhlükəsizliyinin gücləndirilməsinə, həm də beynəlxalq iqlim öhdə-liklərinin yerinə yetirilməsinə xidmət edir. Bu tədbirlər nəticəsində ölkənin “yaşıl artım” modeli üzrə inkişafı sürətləndiriləcək və uzunmüddətli dayanıqlı iqtisadi transformasiya təmin olunacaq.