Bu il Azərbaycanda dövlət icbari şəxsi sığorta xərclərinin 62,1 milyon manat olması gözlənilir.
"Far.Az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən illə müqayisədə 21,8 % çoxdur.
Hesabat dövründə dövlət icbari şəxsi sığorta xərclərinin ümumi iqtisadi təsnifat xərclərinin 0,1 %-ni təşkil edəcəyi proqnozlaşdırılır.