AZ

Portuqaliya millisinin futbolçusu Səudiyyə Ərəbistanı klubundan ayrılır

Bakı, 5 yanvar, AZƏRTAC

Portuqaliya millisinin futbolçusu Joau Kanselu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılır.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat paylaşıb.

İddiaya görə, İspaniyanın “Barselona” və İtaliyanın “İnter” komandaları müdafiəçi ilə ciddi şəkildə maraqlanır. O, bu həftə gələcək karyerası barədə qərar verəcək.

Qeyd edək ki, Joau Kanselu 2024-cü ilin yayından "Əl-Hilal"da çıxış edirdi.

Seçilən
53
1
azertag.az

2Mənbələr