Bakı. Trend:
Bu il neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 78,1faizini və ya 12 milyard 835 milyon manatını AzərbaycanRespublikası Dövlət Neft Fondundan transfert, 21,9 faizini və ya 3milyard 600 milyon manatını vergi orqanlarının xətti ilə neft-qazsektorundan daxilolmalar təşkil edir.
Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, vergi orqanlarının xətti iləneft-qaz sektoru üzrə daxilolmaların 1 milyard 700 milyon manatıSOCAR üzrə büdcə ödənişlərinin, 300 milyon manatı“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində mənfəət vergisinin və 1milyard 600 milyon manatı “Şahdəniz” qaz-kondensat layihəsi üzrəmənfəət vergisinin payına düşəcək.
Qeyd edək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38milyard 609 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilinproqnozu ilə müqayisədə 253 milyon manat və yaxud 0,7 faiz çoxdur.Dövlət büdcəsi gəlirləri ÜDM-in 28.8%-i həcmində olacaq.
2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 16milyard 435 milyon manatı neft-qaz sektorunun, 22 milyard 174milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.
2025-ci il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədəneft-qaz sektorunun gəlirləri (Dövlət Neft Fondundan transfertdaxil olmaqla) 1 milyard 876 milyon manat və ya 10,2 faiz az,qeyri-neft-qaz sektorunun gəlirləri isə 2 milyard 129 milyon manatvə ya 10,6 faiz çox olacaq.