AZ

“Mançester Yunayted” Amorimi istefaya göndərdi

style='margin-bottom:10px;'>

“Mançester Yunayted” Ruben Amorimin baş məşqçi vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb.

QOL.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, portuqaliyalı mütəxəssislə əməkdaşlığa son qoyulub.

Qeyd edək ki, hazırkı mövsümdə "qırmızı-şeytanlar" İngiltərə Premter Liqasında 20 oyundan 31 xalla 6-cı yeri tutur.

Xatırladaq ki, Ruben Amorim 2024-cü ilin noyabr ayında “Mançester Yunayted”in baş məşqçisi təyin olunmuşdu. O, bu vəzifəyə qədər Lissabon “Sportinq”ini çalışdırıb və klubla Portuqaliya çempionluğunu qazanıb.

Seçilən
62
32
teleqraf.com

10Mənbələr