AZ

İranın 60 şəhərini etirazlar bürüdü, internet kəsildi

BAKI, 5 yanvar. TELEQRAF

“Bu siyasət mütləq və daimi deyil, xüsusi vəziyyət, eləcə də təhlükəsizlik və vətəndaşların həyatının qorunması nəzərə alınmaqla, verilən qərarlardan asılıdır”.

Teleqraf xəbər verir ki, bunu İranın rabitə naziri Səttar Haşimi davam edən etirazlar fonunda ölkədə internetin məhdudlaşdırılması və ya kəsilməsi ilə bağlı bildirib.

“İnsanların tələb və etirazları var, amma eyni zamanda internetdə yaranan pozuntular və ya kəsintilər nəticəsində iş yerlərinin zərər görməsi ilə bağlı ciddi narahatlıq da mövcuddur, bu narahatlıq tamamilə başadüşüləndir”, - nazir qeyd edib.

Son günlər ölkə üzrə etirazların genişlənməsi fonunda İranın bəzi bölgələrində internetə çıxış məhdudlaşdırılıb və ya tamamilə kəsilib.

Paytaxt Tehran da daxil olmaqla, İranın təxminən 60 şəhərində hakimiyyət əleyhinə etiraz aksiyalarının keçirildiyi bildirilir.

Seçilən
46
1
teleqraf.com

2Mənbələr