"2025-ci ildə həmçinin Kişinyov (Moldova) və Tiflis (Gürcüstan) şəhərlərində təşkil olunan beynəlxalq təlimlərdə iştirak etdik. Təlimlər əsasən Azərbaycan vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətinə yönəlmişdi. Ankarada isə müxtəlif azlıqların nümayəndələri, çərkəz xalqları və digər qeyri-hökumət təşkilatları ilə tematik görüşlərimiz oldu ki, bu da gələcək layihələr üçün zəmin yaratdı".
Bu fikirləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a bildirib. Onun sözlərinə görə, Batum, Litva (Kaunas) və Macarıstanda təşkil olunan beynəlxalq təlimlərdə də iştirak etdik. Bu təlimlər əsasən məişət tullantılarının idarə olunması və çeşidlənməsi mövzusuna yönəlmişdi və ölkəmiz üçün praktik təcrübə qazandırdı:
"2026-cı ildə prioritet layihələrimiz arasında Qərbi Azərbaycana qayıdış məsələləri, Türkdilli Dövlətlər Təşkilatının qeyri-hökumət təşkilatları səviyyəsində beynəlxalq konfransın keçirilməsi, deportasiyalar və dövrün qurbanlarını əks etdirən foto sərginin təşkil olunması və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun əməkdaşlığının davam etdirilməsi planlaşdırılır. Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə layihələrimizin davamı da nəzərdə tutulur".
QHT sədri həmçinin bildirib ki, 2025-ci il təşkilatımız üçün uğurlu beynəlxalq əməkdaşlıq və təcrübə ili oldu, həmçinin QHT-nin beynəlxalq platformalarda təmsilçilik imkanları genişləndi və ölkəmiz üçün ciddi uğurlu nəticələr əldə edildi.