Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Siqaretin qiymətindəki artım təsadüfi deyil və arxasında bir neçə ciddi səbəb dayanır. Əsas amil aksiz vergilərinin mərhələli şəkildə artırılmasıdır. Dövlət bu yolla həm büdcə gəlirlərini artırmaq, həm də siqaret istifadəsini azaltmaq məqsədi güdür”.Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib.O bildirib ki, tütün məhsullarının xammalı əsasən idxal olunur:“Valyuta xərcləri, logistika və istehsal xərcləri artdıqca bu, birbaşa qiymətlərə təsir edir. Ümumi inflyasiya da bu prosesi sürətləndirir. Bazarda rəqabətin zəif olması da qiymət artımını davamlı edir. Az sayda istehsalçı və idxalçı qiymətləri nisbətən asanlıqla yuxarı qaldıra bilir. Tələbin sabit qalması isə bahalaşmanı daha da stimullaşdırır. Bu səbəbləri nəzərə alsaq, yaxın dövrdə siqaret qiymətlərinin sabit qalacağı gözlənilmir. Əksinə, artım dalğasının davam etməsi daha real görünür. Yəni siqaret bazarında bahalaşma artıq qısamüddətli yox, uzunmüddətli trendə çevrilib”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.