Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Ukraynanın maliyyələşdirilməsinə sərf etdiyi bütün pulları Ukrayna ilə bağlanmış faydalı qazıntı müqaviləsi vasitəsilə geri ala bilər.
Oxu.Az-ın "Kommersant"a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Amerika lideri bəyan edib ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden Ukraynaya yardım üçün "350 milyard dollar verib".
"Mən bunun əhəmiyyətli bir hissəsini geri qaytardım, çünki biz nadir minerallar haqqında müqavilə bağladıq... Biz bu pulun əhəmiyyətli bir hissəsini geri qaytaracağıq. Bəlkə onların hamısı, bəlkə də, ondan da artığını qazandıq", - deyə D.Tramp jurnalistlərə söyləyib.
30 aprel 2025-ci ildə ABŞ və Ukrayna arasında ABŞ-Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalanıb. Müqavilə ABŞ-yə Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, berilium, kobalt, mis, platin, uran, vanadium və digər faydalı qazıntıların işlənməsi üçün yeni investisiya layihələrinə çıxış imkanı verir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.